Modern.az

Dünyadakı kitabxanalarda 130 milyon kitab varmış

Dünyadakı kitabxanalarda 130 milyon kitab varmış

9 Avqust 2010, 12:06
Google korporasiyası dünya kitabxanalarında mövcud bütün kitab nəşrlərinin sayını hesablayıb. Hesablama kitabların skanlanması və internetdə yerləşdirilməsi ilə məşğul olan Google Books layihəsi çərçivəsində gələcək iş həcminin müəyyən olunması məqsədilə həyata keçirilib.
150-dən çox müxtəlif mənbələrdən alınmış məlumatları təhlil edərək, Google Books əməkdaşları dünyada bu gün üçün 130 milyona yaxın kitab nəşrinin mövcud olduğunu müəyyən edib.
Ümumiyyətlə layihə çərçivəsində bir milyarddan yuxarı kitabxana və kataloq yazıları nəzərdən keçirilib. Buraya kitablara fərdi nömrələr verən ISBN sistemi, dünyanın ən iri kitabxanaları, dövlət kataloqları, WorldCat kataloqu, eləcə də çoxlu sayda digər mənbələrdən alınmış nəşrlər haqqında məlumatlar daxil edilir.

Google Books layihəsinə 2004-cü ildə start verilib. Hazırda Google Books kataloqunda 10 milyona yaxın rəqəmləşdirilmiş kitab mövcuddur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir