Modern.az

APA-nın iki aparıcı əməkdaşı işdən çıxıb

APA-nın iki aparıcı əməkdaşı işdən çıxıb

Media

9 Avqust 2010, 16:13

Modern.az-a daxil olan məlumata görə, uzun müddətdir “Azəri-Press” Agentliyində (APA) çalışan aparıcı müxbirlər Elbrus Seyfullayev və Elnur Məmmədli  işdən azad olunublar. Məlumatı dəqiqləşdirmək üçün APA-nın baş direktoru Vüsalə Mahirqızı ilə əlaqə saxladıq. Məlumatı təsdiqləyən agentliyin direktoru bildirdi ki, Elnur Məmmədli və Elbrus Seyfullayev özləri işdən azad olmaq üçün ərizə yazıblar və işdən azad olunublar.

Elbrus Seyfullayev isə saytımıza deyib ki, APA yaranandan orada çalışıblar və agentlikdən ayrılmaq onlar üçün asan olmayıb: “Əfsuslar ki belə oldu, nə edək, taleh belə gətirdi”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir