Modern.az

Deputat Nazim Məmmədov “qara siyahı”ya münasibət bildirdi

Deputat Nazim Məmmədov “qara siyahı”ya münasibət bildirdi

11 Avqust 2010, 16:16

Bəzi mətbuat orqanları qarşıdan gələn parlament seçkilərində Milli Məclisin hazırki üzvlərindən əksər deputatların seçilməyəcəkləri barədə məlumatlar yayır, müxtəlif “qara siyahılar” dərc edirlər.

Adı mətbuatın dərc etdiyi “qara siyahı”lardan birinə salınan 104 saylı Gədəbəy-Tovuz seçki dairəsinin hazırki deputatı Nazim Məmmədov belə məlumatları “dezinformasiya” sayır.

N.Məmmədov Modern.az  sayıtına bildirib ki, ayrı-ayrı namizədlərin seçilməsi qəzet səhifələrində yox, seçki dairələrində müəyyənləşdirilir.

Deputat istisna etmir ki, mətbuatın dərc etdiyi “qara siyahı”lar kimlərinsə təxəyülünün məhsullarıdır. Onun fikrincə, bu yolla çalışılır ki, deputatlar münasibət bildirsinlər. “Ancaq bildirməliyəm ki, həmin siyahıları tərtib edən qəzetlərin əməkdaşları bölgələrdə olsunlar, seçicilərin fikirlərini öyrənsinlər, ondan sonra siyahı tərtib eləsinlər”.

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir