Modern.az

Hansı deputatı növbəti seçkidə şanslı hesab edirsiniz? (sorğu)

Hansı deputatı növbəti seçkidə şanslı hesab edirsiniz? (sorğu)

12 Avqust 2010, 11:01

Payızda keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca mümkün namizədlər barəsində müxtəlif informasiyalar dövrüyyəyə buraxılır, Milli Məclisin hazırki üzvlərindən əksər deputatların seçilməyəcəkləri barədə məlumatlar yayılır, mətbuatda “qara siyahılar” dərc edilir.

Modern.az saytının əməkdaşı Milli Məclisdə akreditə olunan parlament jurnalistlərindən hazırki deputatlardan kimin növbəti seçkilərə qatılaraq ən şanslı namizəd olacağı barədə fikirlərini soruşub.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı: “Nazim Məmmədovu, Azay Quliyevi ən şanslı deputat sayıram. Onlara həqiqətən halaldı”.

“Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev: “Məncə növbəti seçkilər üçün ən şanslı namizədlər Əli Əhmədov, Mübariz Qurbanlı, Pənah Hüseyn, Azay Quliyev, Cəmil Həsənli, Fəttah Heydərov olacaq. Onların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvüdür və hakim partiya onları dəstəkləyəcək. Pənah Hüseyn isə xalqın dəstəyi ilə seçiləcək”.

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli: “Qənirə Paşayeva, Rafael Cəbrayılov, Azay Quliyev məncə şanslıdırlar. Onlar fəaldırlar və seçiciləri ilə maraqlanırlar. Növbəti dəfə də mandat qazanacaqlar”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Eşad Paşasoy: “İqbal Ağazadə, Pənah Hüseyn, Arzu Səmədbəyli, Eldar İbrahimov, Qudrət Həsənquliyevi şanslılar sirasında hesab etmək olar. Onların bəziləri seçicilərlə işlədiyinə görə, ictimaiyyətlə maraqlandıqlarına görə, bəziləri hakimiyyətdə tutuqları mövqelərə görə seçiləcəklər”.

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev: “Mehriban Əliyeva, Qənirə Paşayeva, Əli Hüseynov, Ziyafət Əsgərov, Siyavuş Novruzovu şanslı deputatlar sayıram. Bu şəxslər növbəti dəfə də mandat qazanacaqlar. Elə bilirəm ki, 60-70 faiz deputat təkrar seçiləcək”.

“Hüriyyət” qəzetinin əməkdaşı Zülfüqar Hüseyzadə: “Hakim partiyadan olan bütün namizədlərin yenidən seçiləcəyini bilirəm. Çünki bu şəxslər artıq özlərini sübut ediblər. Bu dəfəki seçkilərdə 50 faiz deputat dəyişiləcək.”

“Mərkəz” qəzetinin əməkdaşı Vasif Cəfərov: “Mən ad çəkmək istəmirəm. Onu deyim ki, bu il ən fəal olan deputatlar seçiləcək”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı: “Mən ad çəkmək istəmirəm, bu seçicilərin işidir. Seçicilər kimi seçsələr, onlar da şanslı olacaqlar”.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan: “Şanslılar sırasına Ziyafət Əsgərov, Siyavuş Novruzov, Əli Əhmədov, Nazim Məmmədov, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Azay Quliyev, Gültəkin Hacıbəyli və Qənirə Paşayeva daxildir. Xüsusilə son iki deputat daha fəaldır”.

“525-ci qəzet”in əməkdaşı Kamil Həmzəoğlu: “Əli Əhmədov, Qənirə Paşayeva, Gültəkin Hacıbəyli, Rəbiyyət Aslanova, Gövhər Baxşəliyeva, Zeynəb Xanlarova, Siyavuş Novruzov və Mübariz Qurbanlını növbəti seçkilərdə şanslı hesab edirəm”.

“Zaman” qəzetinin əməkdaşı Natiq Pənahlı: “Mehriban Əliyeva, Qənirə Paşayeva, Gültəkin Hacıbəyli, Vahid Əhmədov, Pənah Hüseyn, Əli Əhmədov, Siyavuş Novruzov məncə şanslı deputatlardandır. Bu deputatlar istər Milli Məclisdə, istərsə də seçicilərilə fəaliyyət zamanı çox aktivdirlər. Həmçinin parlamentdənkənar fəaliyyətləri ilə də seçilirlər”.

“Xəbərlər-Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov: “YAP-dan olan deputatlar qalacaq, digər deputatlardan isə Qüdrət Həsənquliyev, Asim Mollazadə, İlyas İsmayılov, Sabir Rüstəmxanlı, Bahar Muradova və bir çox fəal deputatlar var ki, onlar seçiləcəklər”.

“Xalq Cəbhəsi” qəzetinin əməkdaşı Ağa Cəfərli: “Qənirə Paşayeva, Gültəkin Hacıyeva, Qüdrət Həsənquliyev, Əli Hüseynov, Hacı Rəcəbli kimi deputatlar şanslıdırlar”.

Modern.az saytının əməkdaşı Elşad Eyvazlı: “Seçki çox mürəkkəb prosesdir. Bilirsiniz, hər şey seçicilərdən asılıdır. Amma mənim dəqiq yadımdadır ki, biz ötən parlament seçkilərində bir məntəqədə sorğu keçirirdik. Eyni seçicilər hər namizədin nümayəndəsinə bildirirdi ki, onların namizədinə səs verib. Ona görə proqnozun özu də çətin məsələdir. Hər halda mən, fəal, işləyən deputatları yenidən mandat sahibi kimi görmək istərdim”.

“Ayna” qəzetinin əməkdaşı Fərəh Əliyeva: “Eşitdiyimə görə, artıq parlamentdəki yerlər uğrunda siyasi alver başlayıb. Və indiki tərkibdən xeyli adamın növbəti dəfə deputat kürsüsü qazanmayacağı haqda da fikirlər də səslənir. Amma konkret ad çəkə bilmərəm.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi