Modern.az

“Yenidən deputat olmaq istərdim, ancaq qərar partiyadan asılıdır”

“Yenidən deputat olmaq istərdim, ancaq qərar partiyadan asılıdır”

Parlament

13 Avqust 2010, 11:56

“Mən Yeni Azərbaycan Partiyasının əsgəriyəm. Ona görə də müstəqil şəkildə namizədliyimi irəli sürmək fikrindən uzağam. Partiya hansı şəkildə məsləhət bilsə, mən də o istiqamətdə işimi davam etdirəcəm”.
Bu fikirləri Modern.az saytına açıqlamasında 53 saylı Quba-Qusar Seçki Dairəsinin deputatı Yevda Abramov bildirib.

“Bəs, yenidən deputat mandatı sahibi olmaq ürəyinizdən keçirmi?” sualına Abramov “Hansi sıravi əsgər general olmaq istəməz. Təbii ki, yarımçıq, görüləsi işlərimiz çoxdur. Bunların davam etdirilməs vacib məsələdir. Ancaq yenə də bildirmək istərdim ki, partiyamızın verəcəyi qərar mənim üçün əsas olacaq” cavabını verib.

Modern.az   

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür