Modern.az

“Milli Qəhrəmanlar parkı” açıldı - FOTOLAR

“Milli Qəhrəmanlar parkı” açıldı - FOTOLAR

Təhsil

28 Noyabr 2014, 14:15


Füzuli rayonunun Horadiz şəhərində Azərbaycanın suverenliyi, torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olmuş füzulili Milli Qəhrəmanların ailələri ilə görüş keçirlib.
Modern.az-ın məlumatına görə, Milli Qəhrəmanlara göstərilən diqqət və qayğının, ehtiramın  bariz   nümunəsi kimi  Horadiz  şəhərində  “Qəhrəmanlar  parkı”  salının, Parkda  6 nəfər  Milli  Qəhrəmanın  şərəfinə  abidə  kompleksi ucaldılıb.

Noyabrın  28-də  havanın yağışlı  olmasına  baxmayaraq,  yüzlərlə  füzulili  Horadiz  şəhərinin   giriş  hissəsində -  Bayraq  meydanının   yaxınlığında  salınmış  “Qəhrəmanlar  parkın”a toplaşıblar.

Qəhrəmanlar parkının açılış mərasimində Füzuli rayon  İcra  Hakimiyyətinin başçısı Alı Alıyev, idarə, müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli  Qəhrəmanların  ailə  üzvləri, rayon  ictimaiyyətinin  nümayəndələri  abidə önünə  gül-çiçək   dəstələri  qoyub, şəhidlərin  xatirəsini  bir  dəqiqəlik  sükutla   yad  ediblər.

Sonra Parkın açılış mərasimi keçirilib.

Rayon İcra  Hakimiyyətinin  başçısı  Alı  Alıyev  Milli  Qəhrəmanlara  Azərbaycan  Prezidenti cənab  İlham  Əliyevin diqqət və qayğısından danışıb, şəhidlərin torpaqlarımızın müdafiəsi yollundakı  şərəfli  xidmətlərinin heç zaman yaddan çıxmayacağını  bildirib.

Tədbir  əsas hissəsi Heydər   Əliyev  Mərkəzində davam  edib. İcra başçısı 6 nəfər  Milli  Qəhrəmanın  keçdiyi ömür  yolu  barədə  ətraflı  məlumat  verib.

Alı Alıyev qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində rayon üzrə 1000 nəfərə yaxın füzulili  şəhid olub, 1340 nəfər yaralanıb və girov götürülüb. Şəhidlərdən 6 nəfəri Azərbaycan Respublikasının Milli Qəhramanı adına layiq görülüb. İşğal nəticəsində rayonun madii-mədəniyyət abidələri məhv edilib, rayona ümumilikdə 6 milyard dollara yaxın ziyan dəyib.

Alı Alıyev bildirib ki, bu gün hər bir füzulilinin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad olunması və bayrağımızın Dağlıq Qarabağda dalğalanmasıdır:

“Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik”.

Görüşdə  Milli  Qəhrəmanların  ailə  üzvləri, Qarabağ müharibəsi iştirakçıları çıxış edib, şəhidlərə  hörmət  və  ehtiramlarını  bildiriblər.

Rayon  İcra   Hakimiyyətinin  başçısı tədbirə yekun vurub, bu cür görüşlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyyə olunmasında xüsusi rol oynadğını qeyd edib.
Milli  Qəhrəmanların ailələrinə  rayon  İcra  Hakimiyyəti  tərəfindən  hədiyyələr  verilib.

Tədbir rayonun  mədəniyyət  kollektivlərinin konsert  proqramı  ilə  tamamlanıb.







Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək