Modern.az

GUAM "dirilir", Belarus da alyansa qoşulur

GUAM "dirilir", Belarus da alyansa qoşulur

Dünya

17 Avqust 2010, 14:29

2010-cu ilin sonuna qədər  GUAM-ın yeni sammiti keçiriləcək. Modern.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeyə istinadən məlumat verib.
Vaşadze bildirib ki, Moldovanın prezidenti vəzifəsini müvəqqəti icra edən Mixey Qimpin Batumiyə  səfəri zamanı Mixail Saakaşvili ilə bu mövzuda ciddi müzakirə aparıblar. Hər iki prezident müzakirələr nəticəsində regional təşkilatın işini aktivləşdirmək qərarına gəlib.    

Vaşadze həmçinin bildirib ki, bir sıra iddialara rəğmən alyans “dəfn edilməyib” və GUAM üzvləri nəqliyyat və enerji daşınmaları ilə bağlı layihələri həyata keçirməyi planlaşdırılar.  

Saakaşvilinin Moldova rəhbəri ilə görüşü  zamanı Belarusun da GUAM-a dəvət edilməsi imkanları müzakirə edilib. “Kommersant” gürcü rəsmi mənbələrinə istinadən qeyd edib ki, bu məqsədlə Aleksandr Lukaşenkoya Tiflisə rəsmi səfər etməsi ilə bağlı dəvət  göndərilib.

Qeyd üdək ki, GUAM-sn sonuncu sammiti 2007-ci ildə keçirilib. GUAM təşkilatında Azərbaycan həlledici ölkələrdən biri hesab edilir.


Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür