Modern.az

Ən yaşamalı və ən pis ölkələr: sırada Azərbaycan da var

Ən yaşamalı və ən pis ölkələr: sırada Azərbaycan da var

18 Avqust 2010, 10:34

Amerikada nəşr olunan “Nyusuik” jurnalı  ilk dəfə özünün xüsusi buraxılışında dünyanın 100 ən yaşamalı ölkələrinin siyahısını dərc edib. Modern.az-ın məlumatına görə, 100 ölkənin nəticələri müqayisə edilib. Bəzi ölkələr  informasiya azlığı və digər səbəblərdən siyahıdan kənarda qalıb. Seçim  beş kateqoriya  - təhsil, səhiyyə, həyatın keyfiyyəti, iqtisadi rəqabət və siyasi mühit üzrə aparılıb.

Bu zaman Mərkəzi Kəşfiyyat İdarəsinin Dünya Faktları, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin İnkişaf Proqramı, Qlobal İnsight, Dünya Bankı kimi təşkilatların informasiyasından istifadə edilib. Nəticədə, dünyanın ən yaşamalı ölkəsi adına Finlandiya layiq görülüb. Daha sonra İsveçrə, İsveç, Avstraliya, Lüksemburq, Norveç, Kanada, Hollandiya, Yaponiya və Danimarka tutublar.

Ən pis ölkələr sırasında Burkina-Faso, Nigeriya və Kamerundur.

Azərbaycan siyahıda 69-cu yerdədir. Ukrayna 49-cu, Rusiya 51-ci, Türkiyə 52-ci yeri tutub.

Səhiyyə sisteminin güclü olmasına rəğmən İran digər parametrlərdə zəif nəticə əldə edərək 97-ci yerdə qərarlaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir