Modern.az

Varlıların “oyuncağı”

Varlıların “oyuncağı”

Dünya

18 Avqust 2010, 14:04



Almaniyada köpək balığı formasında yeni sualtı gəmi yaradılıb. Öz xüsusiyyətlərinə görə “Ceyms Bond”un super gəmilərindən heç də geri qalmayan yeni “Seabreacher X" adlı bu su texnikası özəl xüsusiyyətlərə malikdir. O suya bata bilir və 3.6 metr hündürlüyündə qalxa bilir.

Dəniz səthində 80 kilometr sürətlə hərəkət edə bilən gəminin yaradıcısı Rob Innes, onu elə düzəldib ki, gəmi suyun dibinə batarkən ‘Jaws' filminin musiqisini çalır. Uzunluğu 5 metr olan “köpəkbalığı” suyun altında da 30 kilometr sürətlə hərəkət edir.

60 min funt sterlinqə satılan gəmini 7 nəfər 3 aya düzəldib. Artıq dünyanın varlı adamları bu gəmidən almağa başlayəblar. Ən çox sifariş isə Orta Şərqdən gəlib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir