Modern.az

"Borussiya" - "Qarabağ" matçı hansı telekanalda canlı veriləcək?

"Borussiya" - "Qarabağ" matçı hansı telekanalda canlı veriləcək?

18 Avqust 2010, 15:54


Sabah axşam Azərbaycanın bütün idman azarkeşlərinin diqqəti Almaniyaının Dortmund şəhərindəki 81 minlik “Siqnal İduna Park” stadionuna yönələcək. Avroliqanın pley-off mərhələsinin “Borussiya” – “Qarabağ” oyununa Almaniyada da çox böyük maraq var. Artıq 50 minə yaxın bliet satılıb.

Alman mətbuatının məlumatına görə, oyunu stadiondan canlı olaraq 66 mindən artıq tamaşaçının izləyəcəyi gözlənilir. Xatırladaq ki, oyun Bakı vaxtıilə saat 00:05-də başlayacaq. Oyunu Almaniyanın ZTV telekanalı yayımlayacaq.

Azərbaycanlı tamaşaçılar isə intizarla gözləməkdədirlər: oyun hansı yerli telekanalda yayımlanacaq?

Modern.az –ın əməkdaşı bununla əlaqədar “Qarabağ” klubunun icraçı direktoru Əmrah Çəlikəllə əlaqə saxlayıb. Müxbirimizlə söhbətdə Ə.Çəlikəl deyib ki, matçın canlı yayımlanması üçün hazırda Azərbaycanın bir neçə telekanalı ilə  danışıqlar aparırlar. İcraçı direktorun sözlərinə görə, matçın hansı telekanal vasitəsilə yayımlanacağı sabah dəqiqləşəcək.

Bu arada bukmeker kontorları Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları ilə bağlı proqnozlarını açıqlayıb. Bukmekerler “Qarabağ”ın da şanslarını dəyərləndiriblər. Rusiyanın məşhur “marathonbet.com” bukmeker saytı Almaniyada keçiriləcək oyunda “Borussiya”nın qələbəsini 1.15, məğlubiyyətini – yəni “Qarabağ”ın qalib gəlməsini isə 21.00 əmsalla qiymətləndirib. Heç-heçəyə pul qoyanlar isə əmanətlərini 8.50 dəfə artırmaq imkanı əldə edəcəklər.
Ölkəmizdə proqnozsevərlərin müraciət etdiyi digər məşhur bukmeker kontoru – “gamebookers.com” saytı da meydan sahiblərinin qələbəsini 1.15-lə dəyərləndirdiyi halda, heç-heçəyə 6.50, komandamızın qələbəsinə isə 12.00 əmsal balı veriblər.

Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir