Modern.az

Bir qrup YAP-çı deputat Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb

Bir qrup YAP-çı deputat Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb

Parlament

18 Avqust 2010, 16:17

Bu gün Milli Məclisin bir qrup YAP-çı deputatı Pakistan İslam Respublikasında baş vermiş təbii fəlakətlə əlaqədar olaraq bu ölkənin Azərbaycandakı səfirliyində olub. Milli Məclisin komitə sədrləri Eldar İbrahimov, Hadi Rəcəbli, deputatlar Mübariz Qurbanlı, Siyavuş Novruzov, Musa Quliyev və Cavanşir Paşazadəni Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyəti səfiri Abdul Həmidl qəbul edib.

Modern.az YAP-ın mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə Milli Məclisin Azərbaycan – Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov Pakistan İslam Respublikasında güclü təbii fəlakət nəticəsində baş vermiş çoxsaylı insan tələfatına görə səfirə işçi qrupu adından başsağlığı veriblər.

E.İbrahimov bildirib ki, Azərbaycan və Pakistan dost ölkələrdir, hər iki dövlət arasında güclü əlaqələr mövcuddur. Onun sözlərinə görə, Pakistanda çoxsaylı insan tələfatı və güclü dağıntılarla nəticələnmiş təbii fəlakətin baş verməsi Azərbaycanda ciddi narahatlıqla qarşılanıb. E.İbrahimov Azərbaycanın dost və qardaş dövlətə təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına yardım ayırdığını da diqqətə çatdırıb. Baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan təlafatı ilə əlaqədar Pakistan hökumətinə və xalqına Yeni Azərbaycan Partiyası adından ünvanlanmış başsağlığı məktubu səfir Abdul Həmidə təqdim edilib.
Pakistanın ölkəmizdəki səfiri Abdul Həmid göstərilən dəstəyə görə, Azərbaycan hökumətinə və xalqına təşəkkürünü bildirib. Səfir qeyd edib ki, Azərbaycan və Pakistan dost və qardaş dövlət olaraq hər zaman bir birilərini dəstəkləyiblər. Təbii fəlakətin miqyası haqda məlumat verən Abdul Həmid ölkəsinin tarixində indiyədək belə hadisənin olmadığını vurğulayıb.
Görüşdə iştirak edən digər şəxslərdə Pakistanda baş vermiş təbii fəlakətin çoxsaylı insan tələfatı ilə nəticələnməsi ilə əlaqədar səfirə başsağlığı verib və Pakistan xalqının bu sınaqdan çığacağına inandıqlarını bildiriblər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü