Modern.az

Bakıda dünyanın ən zəhərli balığı satılır - VİDEO

Bakıda dünyanın ən zəhərli balığı satılır - VİDEO

Aktual

11 Dekabr 2014, 17:25

Avropa və Amerikada Panqasius balığının qida məhsulu kimi istifadə olunması qadağandır. Modern.az saytı xarici mətbuata isitnadən xəbər verir ki, bu balıqların tərkibində sənaye tullantıları, mərgümüş, toksik maddələr, polixrolin bifenil, metavbolit, heksaxloritloheksangen və heklaxlorbenzol kimi zəhərli maddələr var.

Panqasiusun belə rəngarəng maddələrlə zəngin olması bu növ balıqların Vyetnamın Mekonq çayında yaşaması ilə bağlıdır. Yer kürəsinin ən çox çirklənən çaylarından sayılan Mekonq kanalizasiya sularının, minarel gübrələrin, dəri, yaxud kimya zavodlarının tullantılarının geniş axıdıldığı çaylardan hesab olunur.

Panqasius bir çox ölkələrdə qadağan olunduğu üçün bəzi tamahkar biznesmenlər gizli yollarla bu balığı ayrı-ayrı balıq məhsullarının tərkibinə daxil edirlər.

Maraqlııdr ki, balığın vətəni Vyetnamda da yerli balıqçılar Panqasius balığının bir dənəsini 10 sentə satırlar.

Yeri gəlmişkən, hazırda Bakıdakı mağazalarda və bazarlarda da xaricdən gətirilmiş dondurulmuş Panqasius balıqlarının kütləvi satışı həyata keçirlir. Həm açıq halda, həm də sellofan torbalarda qablaşırılaraq satılan Panqasius balıqlarının Bakıda və Azərbaycanın rayonlarında alıcıları az deyil. Bu dondurulmuş balıqlar həddindən artıq yağlı olmağı lə fərqlənir.
Bakıda və Azərbaycanın rayonlarında “Okean balığı” adı altında satılan Panqasiusun 1 kq-ı 4 manat – 4 manat 50 qəpiyədir.

Amma hələlik onu əminliklə deyə bilmərik ki, hazırda Bakıdakı mağazalarda və bazarlarda satılan dondurulmuş Panqasius balıqları məhz Vyetnamdan idxal olunur. Bu, ayrıca araşdırma mövzusudur...

Dövlət Statistika Komitəsinin məlumatına görə, son 5 ildə Azərbaycanda balıq və balıq məhsulları istehlakı 21% artıb. Azərbaycanda ildə 69 557 ton balıq (2013-cü il) istehlak edilir. Balıq və balıq məhsullarının istehlak balansına əsasən, 29% və ya 20 177 ton satılan balıq idxalın payına düşür.




Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır