Modern.az

Qanın təbii vasitələrlə təmizlənməsi - FAYDALI MƏSLƏHƏT

Qanın təbii vasitələrlə təmizlənməsi - FAYDALI MƏSLƏHƏT

Aktual

16 Dekabr 2014, 21:40


Qan bədənin bütün üzvlərini həyati vacib olan oksigenlə təmin edir. Məhz buna görə də qanın keyfiyyətli və təmiz olması orqanizmin sağlamlığı üçün ən vacib şərtlərdən biridir. Qanın normal tərkibini və keyfiyyətini qaydasında saxlamaq üçün onun vaxtaşırı təmizlənməsini həyata keçirmək lazımdır. Bunun bir çox üsulları var. Onlardan biri də qanın ev şəraitində təbii vasitələrlə təmizlənməsidir.

Modern.az saytı sağlamlıqla bağlı növbəti faydalı məsləhətlərini təqdim edir.


1. Qanın təmizlənməsi üçün ən yaxşı təbii vasitələrdən biri mərcanı şirəsidir. Birinci həftə bu şirədən gündə 3 dəfə yarım stəkan, ikinci həftə eyni miqdarda gündə iki dəfə, üçüncü həftə isə gün ərzində bir dəfə qəbul etmək lazımdır. Bu sadə üsul qanı təmizləməklə yanaşı bütün orqanizmə müsbət təsir göstərir.


2. Sınanmış təbii vasitələrdən biri də sarmısaq və limondur. Bunun üçün 400 qram sarmısaq təmizlənərək xırda doğranılır və 800 qram limon şirəsi ilə qarışdırılır. 3 gün sərin yerdə saxlanıldıqdan sonra gündə 1 çay qaşığı bir stəkan suda həll edərək qəbul edilir.


3. Qanqurudan (tısyaçelistnik) bitkisindən hazırlanmış dəmləmə də qanın təmizlənməsi üçün effektlidir. Bunun üçün 3 xörək qaşığı qurudulmuş qanqurudan bitkisinin üzərinə 1 litr qaynar su əlavə edilir və 40 dəqiqə termocda dəmlənir. Alınmış dəmləmədən gündə 3 dəfə yeməkdən qabaq yarım stəkan qəbul edilir.


4. İtburnudan hazırlanmış dəmləmə qanı tənizləməklə yanaşı həm də onun tərkibini yaxşılaşdırır, toksinlərin orqanizmdən xaric olmasına kömək edir, sidikqovucu xassəyə malikdir. Bunun üçün bir xörək qaşığı itburnu bir stəkan suda 8-10 dəqiqə bağlı qabda qaynadılır və sonra 1 sutka ağzı bağlı saxlanılır. Bir sutkadan sonra süzülərək gün ərzində iki dəfə yarım stəkan qəbul edilir.


5. Qanın təmizlənməsi üçün daha bir vasitə gicitkan və araqdan hazırlanır. Bunun üçün şüşə qabda 200 qram gicitkan yarım litr araqla qarışdırılır. Sonra bankanın ağzı bağlanılır və tənzifə bükülür. Bir sutka pəncərə qarşısında saxlanıldıqdan sonra 8 sutka qaranlıq yerə qoyulur. Vaxt tamam olanda alınmış məhlul süzülür gün ərzində iki dəfə, səhər yeməyindən yarım saat əvvəl 1 çay qaşığı və eyni miqdarda yatmazdan əvvəl qəbul edilir.

Bu adi və əlçatan üsullardan istifadə edib qanınızı vaxtaşırı təmizləyin ki, sağlamlığınızda problemlər olmasın. Xəstəliklərdən uzaq olun ki, nə özünüzün, nə də doğmalarınızın qanı qaralmasın.

Bir məsələni də nəzərinizdə saxlayın ki, sağlamlıqla bağlı atacağınız hər bir addımda həkiminizlə məsləhətləşmək vacibdir.

İlham Cəmiloğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı