Modern.az

Böhran Rusiya mediasını vurdu - İXTİSARLAR BAŞLADI

Böhran Rusiya mediasını vurdu - İXTİSARLAR BAŞLADI

17 Dekabr 2014, 10:46

“Lifenews” televiziya kanalı yeni ildə əməkdaşlarının yarısını ixtisar edəcək. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu “TJournal”a şirkətin daxilindəki situasiya ilə tanış olan mənbə deyib. İxtisarla bağlı qərarın iki həftə əvvəl NewsMedia holdinqə daxil olan telekanalın maliyyə vəziyyəti ilə bağlı olduğu bildirilir. NewsMedia-nın baş direktoru Aram Qabrielyanovun qəbul otağında isə ixtisarla bağlı şərh verməkdən imtina ediblər.

Dekabrın 12-də “Lifenews”in kreativ şöbəsinin rəhbəri facebook səhifəsində yazıb ki, yanvarın 1-dən istirahət etmədən işləməli olacaq. Dekabrın 8-də “Lenta.ru” internet nəşrinin də ştatlarının ixtisar olunacağı haqda məlumat yayılıb. Nəşrin baş redaktoru Aleksey Qoreslavski deyib ki, 2015-ci ilin büdcə strategiyasına görə əməkdaşlarının 10 faizini ixtisar edəcəklər.

Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir