Modern.az

ABŞ-da proqnoz verildi: “Qarabağ müharibəsi başlaya bilər”

ABŞ-da proqnoz verildi: “Qarabağ müharibəsi başlaya bilər”

18 Dekabr 2014, 02:00

 

Yaxın aylarda Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi üçün hərbi yola əl atması istisna edilmir. Bu barədə Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb. O, qeyd edib ki, sülh yolu nəticə verməsə Azərbaycan öz torpaqlarını başqa yollarla işğaldan azad edəcək və bu gücə qadirdir.

Dünyada baş verən son proseslər deyəsən Ermənistanı qorxuya salıb. Xüsusilə Azərbaycan Rusiya münasibətlərinin yeni fazaya keçməsindəm əndişəyə düşən Ermənistan bunu həzm edə bilmir, ən müxtəlif sferalarda buna açıq etiraz edir. Çünki Rusiyasız Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaya biləcəyi mümkünsüzdür. Artıq dünyanın nüfuzlu təşkilatları bu barədə proqnoz verirlər. Diqqət edədk, bu günlərdə ABŞ-ın beynəlxalq əlaqələr Şurası gələn il üçün Yer kurəsində baş verəcək müharibələrin proqnozunu verib. 

"Global Conflict Tracker" proqnozunda 34 geosiyasi risklər arasında Qarabağ müharibəsinin baş verməsi də yer alır.

Qeyd edək ki, Beynəlxalq əlaqələr Şurası (CFR) ABŞ və onun maraqlarına təsir edə biləcək hadisələri araşdırır. (anspress.com) Proqnozun verilməsi üçün təşkilat 2200-dən çox ictimai-siyasi xadim arasında sorğu keçirib. 

Sorğunun nəticələrinə görə, 2015-ci ildə Qarabağ müharibəsi başlayacaq.

Bundan başqa Asiyada Cənubi Çin dənizində silahlı qarşıdurma, Şimali Koreyada krizis, Hindistan və Pakistan münaqişəsi, Çin və Hindistan arasında münaqişə və Çində etnik qarşıdurmanın olacağı qeyd edilib.

Göründüyü kimi Qarabağ bu sadalanan nəhəng münaqişələrlə müqayisə olunub. Heç şübhəsiz ki, Ermənistanın da narahatçılığı elə buaradan qaynaqlanır.

Modern.az


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi