Modern.az

Deputat köməkçiləri də deputat olmaq istəyirlər

Deputat köməkçiləri də deputat olmaq istəyirlər

23 Avqust 2010, 12:07

Parlament seçkiləri yaxınlaşdıqca namizəd olmaq istəyənlərin sayı da çoxalır. Modern.az saytının əldə etdiyi məlumata görə, builki parlament seçkilərində bəzi deputat köməkçiləri də namizədliklərini irəli sürməyi planlaşdırırlar.

Artıq onlardan bir neçəsinin adı məlumur. Müsavat Partiyasından olan deputat Arzu Səmədbəylinin köməkçisi, Müsavat Partiyası Binəqədi rayon təşkilatının rəhbəri Tofiq Yaqublu seçkilərdə namizəd olacağını artıq bəyan edib.
Seçkilərdə namizədliyini irəli sürəcək digər deputat köməkçisi də müxalifət düşərgəsindəndir. Millət vəkili Pənah Hüseynin köməkçisi,  Azərbaycan Xalq Partiyasının sədri Qiyas Sadıqov da namizədliyini irəli sürməyi planlaşdırır.
Maraqlıdır ki, bu köməkçilərin hər ikisi öz deputatlarının dairəsindən namizədliklərini irəli sürəcəklər.

Məhz bu səbəbdən də həmin dairələrin indiki deputatları başqa dairələrdən namizəd olmağa qərar veriblər. Belə ki, Arzu Səmədbəyli 8 saylı Binəqədi Seçki Dairəsindən, Pənah Hüseyn isə 63 saylı Sabirabad Seçki Dairəsindən namizədliyini irəli sürməmək qərarını veriblər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür