Modern.az

Heydər Əliyevlə şair Qabilin zarafatları-2 - VİDEO

Heydər Əliyevlə şair Qabilin zarafatları-2 - VİDEO

Mədəni̇yyət

4 Aprel 2020, 12:27

Mahir Qabiloğlu

4 aprel tarixi atam, Xalq şairi Qabilin vəfatından 13 il ötür. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anım günlərində Modern.az saytı vasitəsilə oxuculara təqdim etdiyim “Heydər Əliyevlə şair Qabilin zarafatları” adlı ilk videokadr böyük əks-səda doğurmuşdu. Ona videoöncəsi söz yazsam da, əslində artıq idi. Çünki hər şeyi özləri deyirdi. İzaha ehtiyac yox idi. Televiziya ekranından və qəzetlərdən ümummilli lideri tanıyan, 1997-ci ildə hələ yeniyetmə, məktəbli olmuş, bu gün isə yetkin, Azərbaycanın gələcəyi olan 20-25 yaşlı gənclər 1993-2003-cü illərdə xalqımıza rəhbərlik etmiş Heydər Əliyevi həm də səmimi, zarafat edən, şairə, sözə, sənətə, nəhayət atam Xalq şairi Qabilə hörmət-ehtiramla yanaşan bir insan kimi böyüklüyünün canlı şahidi oldular.

Bu marağı nəzərə alaraq ailə arxivimdə qoruyub saxladığım ikinci videonu da Modern.az saytında sizlərə təqdim etmək qərarına gəldim. Yaddaşım aldatmırsa 2001-ci ildə hansısa dövlət bayramı münasibətilə “Gülüstan” sarayında lentə alınıb bu kadrlar. Burda da Heydər Əliyevin gözü şair Qabili axtarıb tapır. Zarafatlar öz yerində, Heydər Əliyev beş il qabaq 70 illik yubileydə Qabilə verdiyi vədi də yerinə yetirir...

Gəlin atam Qabil Imamverdiyevin bu anım günündə mərhum Heydər Əliyevi və dünyasını dəyişən böyük şəxsiyyətlərimizi bir daha yad edək. Mən isə bircə onu deyə bilərəm ki, il ili əvəz etdikcə Heydər Əliyevlə atam Qabilin yoxluğunu daha çox hiss edirəm. Təsəllini isə lent yazılarında tapıram...




***

Heydər Əliyevlə şair Qabilin zarafatları-1 - VİDEO

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir