Modern.az

ABŞ Əfqanıstanı yerli qüvvələrə etibar etmir

ABŞ Əfqanıstanı yerli qüvvələrə etibar etmir

24 Avqust 2010, 11:58

Koalisiya qüvvələrinin  2011-ci ilin iyulundan etibarən Əfqanıstandan çıxarılması mümkün olmayacaq.  Bu barədə ABŞ ordusunun general-leytenantı Bill Kolduell bəyan edib. Modern.az  “Frans-Press” agentliyinə istinadən bildirir ki, yüksək rütbəli hərbiçinin sözlərinə görə, o vaxta qədər yerli əfqan silahlı qüvvələri ölkənin təhlükəsizliyinin təmin edilməsinə hazır olmayacaqlar.  Əfqan ordusunun və polisinin hazırlıq səviyyəsi barədə danışan general Kolduell bildirib ki, yalnız 2011-cilin oktyabrından sonra yerli silahlı qüvvələr Əfqanıstanın təhlükəsizliyini müəyyən dərəcədə qorumaq imkanları olacaq. Bu zaman əfqan ordusu yalnız məhdud rayonları nəzarət altına götürə bilər. Gələn ilin payızına qədər əfqan hərbi hissələrində əsgərlərin sayını 305 min nəfərə çatdırmaq nəzərdə tutulub. General Kolduell bildirib ki, cağırılan hərbi mükələfiyyətlilərin fiziki hazırlığı çox aşağıdır. Əfqan əsgərlərinin əksəriyyəti savadsızdır və onların elementar bilikləri yoxdur. Hərbiçinin sözlərinə görə, əfqan hərbiçilərinin 80 faizi hərfləri tanımır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir