Bun ilin noyabrında keçiriləcək parlament seçklərində namizəd olmağa maraq gəstərənlər arasında jurnalistlərin sayı artmaqdadır. Modern.az saytının məlumatına görə, “Ekspress” qəzetinin əməkdaşı Aygün Akifqızı 95 saylı Tərtər Seçki Dairəsindən namizədliyini irəli sürəcək.
Əməkdaşımızla söhbətində Aygün Akifqızı bildirib ki, indiyə qədər Tərtər rayonundan olan heç bir deputat onu qane etməyib: “Amma hazırkı icra başçısından razıyam”.
Aygün Akifqızı deyib ki, məhz Tərtər rayonundan namizədliyini irəli sürməsinin səbəbi onun uşaqlığının Tərtərdə keçməsi, orada anadan olması ilə bağlıdır: “Tərtərdə kifayət qədər tanınıram. Demək olaraq hər il bir neçə dəfə Tətərdə oluram. Gələn həftə məhz bu məsələ ilə bağlı Tərtərə gedəcəyəm”.
Qeyd edək ki, Aygün Akifqizi həm də Dövlət Dillər Universitetinin məllimidir.
Vüqar Ağamalıoğlu