Modern.az

Paket çaylar zərərliymiş

Paket çaylar zərərliymiş

24 Avqust 2010, 16:03

Paket çayları insan orqanizmi üçün ciddi təhlükə yaradır. Amerika alimləri bəyan ediblər ki, paket çaylardan istifadə orqanizmdə ftor maddəsinin artmasına səbəb olur. Modern.az xarici mətbuata istinadən bildirir ki, alimlər tez dəm alan 10 çay növü üzərində araşdırma apararaq müəyyən ediblər ki, bu bitkinin bir neçəsində ftorun norması 2,5 dəfə atrtıqdır. Ftor sümük dərisini bərkidir və skleti kövrək edir. 

Normadan artıq ftorun qəbulu orqanizmdə əzələ və sümüklərdə ağrılar yaradır. Ftor təkcə paket çayların tərkibində deyil, həmçinin adi quru dəm çayında da ola bilər. Ona görə həkimlər gün ərzində həddindən artıq çay içməməyi məsləhət görürlər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir