Modern.az

Nizami Xudiyev “seçkiyə qatılacağam” deyir

Nizami Xudiyev “seçkiyə qatılacağam” deyir

Parlament

25 Avqust 2010, 17:23

Yeni Azərbaycan Partiyası Siyasi Şurası və İdarə Heyətinin üzvü, deputat Nizami Xudiyev qarşıdan gələn parlament seçkilərinə mütləq qatılacağını bildirib: “Hazırda Bakıda deyiləm. Ona görə də geniş məlumat verə bilməyəcəm. Ancaq onu deyə bilərəm ki, builki parlament seçkilərində namizədliyim olacaq”.

Konkter dairəyə gəlincə, Nizami Xudiyev bu barədə yaxın zamanlarda açıqlama olacağçını qeyd edib.

Qeyd edək ki, dilçi professor Nizami Xudiyev hazırda Milli Məıclisdə 56 saylı Xaçmaz kənd seçki dairəsini təmsil edir. O, 1994–1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, 1996-2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışıb.
O, artıq 15 ildir deputatdır. Hazırda Milli Məclisin Elm və təhsil komitəsinin üzvüdür.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü