Modern.az

Rusiyanın Ermənistandakı hərbi bazasında dərəbəylikdir

Rusiyanın Ermənistandakı hərbi bazasında dərəbəylikdir

Dünya

13 Yanvar 2015, 22:01


2013-cü ilin axırlarından Rusiyanın Ermənistandakı hərbi bazasından tez-tez şikayətlər gəlirdi. Modern.az xəbər verir ki, bunu “Moskovski komsomolets” qəzetinə Rusiya Əsgər Anaları Komitəsinin məsul katibi, Müdafiə Nazirliyi yanındakı İctimai Şuranın üzvü Valentina Melnikova bəyan edib:

“Əvvvəllər – haradasa 2009-2013-cü illərdə - orada hər şey sakit idi, əsgərlərdən, yaxud onların analarından heç bir şikayət eşitməmişik. Ancaq, siz başa düşürüsünüz ki, xidmət atmosferi, hərbi hissədəki vəziyyət komandirdən çox asılıdır. Haradasa, 2013-cü ilin axırlarından bu hərbi hissədən kifayət qədər tez-tez şikayətlər daxil olmağa başladı. Deyə bilmərəm ki, kütləvi olub, amma şikayətlər səslənib. Əsasən hərbi qulluqçulardan pul tələb edilməsi, alçaldılmaları, hospitala vaxtında müalicə üçün aparılmamaları barədə şikayətlər olurdu. Bu haqda bizə məlumat verən əsgərlər xidmət yoldaşlarından, yaxud komandirlərindən gileylənmirdilər, onlar yalnız kiçik rütbəli zabitlər barədə şikayət edirdilər. Biz bununla bağlı hərbi prokurorluğa müraciət də etmişik. Pul tələbi ilə bağlı şikayətlərimizdən sonra qanunsuzluqlar dayandırılmışdı”.

Yanvarın 12-də Ermənistanın Gümrü şəhərində Avetisyanlar ailəsi güllələnib. Ölənlər arasında 2 yaşlı körpənin olduğu bildirilir. Daha bir uşaq hazırda reanimasiyadadır. Cinayəti törətməkdə Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov şübhəli bilinir. O, Ermənistan-Türkiyə sərhədini keçmək istəyərkən Rusiya sərhədçiləri tərəfindən saxlanılıb.

Ermənistan və Rusiya baş prokurorluqlarının nümayəndələri Gümrüdə baş verən qətl ilə bağlı işin detallarını müzakirə ediblər. Görüşdə hər iki tərəf bəyan edib ki, bu hadisədə təqsirli olan bütün şəxslər qanunla sərt şəkildə cəzalandırılmalıdırlar.

Ermənistan Baş Prokurorluğunun məlumatında o da qeyd edilir ki, cinayətin törədilməsində təqsirli bilinən V. Permyakov Rusiya vətəndaşıdır və o, Rusiya hüquq-mühafizə orqanlarının nəzarəti altındadır.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı