Modern.az

Fransada “Kalaşnikova eşq olsun!” qışqırana 6 ay cəza verildi

Fransada “Kalaşnikova eşq olsun!” qışqırana 6 ay cəza verildi

Dünya

13 Yanvar 2015, 22:40



Fransada terrorizmə haqq qazandırılması ittihamı ilə bir sıra həbslər həyata keçirilib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Orleanda 20 yaşlı qaradərili fransalı yanvarın 12-də 6 ay həbs cəzası alıb. O, bir neçə əvvəl “Charlie Hebdo” satirik jurnalının redaksiyasına hücumla bağlı elan olunan matəm zamanı “Yaşasın Kalaş!” deyib qışqırdığına görə bu cəzanı alıb. Şahidlərin verdiyi xəbərə görə, tutulan gənc atəş səslərini də imitasiya edirmiş. 20 yaşlı qaradərili qışqırdığı yerdəcə saxlanılıb, onun cibindən isə qatlama bıçaq götürülüb. Saxlanılan hərəkətini izah edərkən deyib ki, hadisə zamanı içkili olub, məhkəmədən bəraət istəyib, ancaq bu onun 6 ay azadlıqdan məhrum olunmasına kömək etməyib.

Tuluzada 20-25 yaşlarında 3 kişi terror aktlarına açıq şəkildə bəraət verdiklərinə görə 10 ay azadlıqdan məhrum olunublar. Bir halda tramvayda biletsiz gedən gənc adam konduktoru itələyərək “Kuaşi qardaşları – yalnız başlanğıcdır”, - deyərək qışqırıb. Digər halda 23 yaşlı Pakistan vətəndaşı mübahisə zamanı cihad və fransızları “Kalaşnikov” avtomatı ilə öldürmək istədiyini qışqırıb.

Tulon şəhərinin 27 yaşlı sakini Facebook sosial şəbəkəsindəki səhifəsində Marseldə yeni terror hücumları haqda elan verdiyinə görə 1 il həbs cəzası alıb. Vəkili isə bəyan edib ki, təqsirli bilinən uğursuz zarafat edib və terroru dəstəkləmir.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü