Modern.az

Parisdəki terrorun yeni görüntüləri yayımlanıb - VİDEO

Parisdəki terrorun yeni görüntüləri yayımlanıb - VİDEO

Dünya

13 Yanvar 2015, 23:56


Parisdəki “Charlie Hebdo” satirik jurnalının redaksiyasına hücumun yeni görüntüləri ortaya çıxıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, həvəskar çəkiliş olduğu anlaşılan görüntülərdə Kuaşi qardaşları küçənin ortasında “Kalaşnikov” avtomatları ilə intiqam şüarları səsləndirərək qara rəngli avtomobilin içinə minirlər. Daha sonra yolun sonunda qarşılarına bir polis avtomobili çıxır ki, həmin maşına atəş açdıqdan sonra, onun yanından keçirlər.

Videoda əlini yuxarı qaldıraraq bağıran üzü maskalı adamın “Həzrəti Məhəmmədin intiqamını aldıq” sözləri də eşidilir.



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür