Modern.az

Müsəlman mer: “Qərbin azadlığı xoşunuza gəlmirsə, çemodanınızı yığışdırın!”

Müsəlman mer: “Qərbin azadlığı xoşunuza gəlmirsə, çemodanınızı yığışdırın!”

14 Yanvar 2015, 13:14


Hollandiyanın Rotterdam şəhərinin meri Əhməd Əbutalib “Charlie Hebdo” jurnalının redaksiyasına edilən hücum barədə danışarkən Avropa müsəlmanlarını hədəf alıb.  
Modern.az
xarici mətbuata istinadən xəbər verir ki, Mərakeş əsilli mer Hollandiya telekanallarından birində çıxış edərkən Qərbdəki azadlıq sərhədlərini qəbul etməyən müsəlmanlara qitəni tərk etməyi təklif edib:

“Maraqlıdır, sizin Qərbdəki azadlığa qarşı nə etirazınız ola bilər. Əgər sizə bu azadlıq xoş gəlmirsə, bütün müqəddəslərə xatir çemodanınızı yığışdırın və köçün”.  

Mərakeşdə imam ailəsində anadan olan Əhməd Əbutalib 15 yaşında valideynləri ilə birlikdə Hollandiyaya köçüb. O, 2008-ci ildə ölkənin ən böyük 2-ci şəhəri olan 600 minlik Rotterdamın  meri seçilib və 2009-cu ilin yanvarından səlahiyyətlərini icra edir. Əhməd Əbutalib Qərbi Avropada şəhər meri seçilən ilk müsəlman hesab olunur.    

Modern.az
 
Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər