Modern.az

Rusiyada “rəngli inqilab” əleyhinə hərəkat yaradılır

Rusiyada “rəngli inqilab” əleyhinə hərəkat yaradılır

15 Yanvar 2015, 14:50



Rusiyalı siyasətçilər və ictimai xadimlər “Meydan əleyhinə” hərəkatının yaradılmasına başlayıblar. Modern.az saytı Rusiya KİV-nə istinadən bildirir ki, bu haqda  Federasiya Şurasının üzvü, “Mübariz qardaşlıq” Üümumrusiya  ictimai təşkilatı sədrinin birinci müavini Dmitri Sablin məlumat verib. Təşəbbüs qrupunun üzvlərindən biri “Gecə canavarları” motohərəkatının lideri, “Xirurq” kimi tanınan Aleksandr Zaldostanovdur. Başlıca məqsədi Rusiyada baş verə biləcək “rəngli inqilab”ın qarşısını almaq olmaq olan təşkilata “Böyük Vətən” Partiyasının həmsədri, yazıçı Nikolay Starikov, qaydasız döyüş üzrə dünya çempionu Yuliya Berezikova və Əfqanıstan Veteranları Şurasının üzvü Vyameslav Şabanov da daxil olublar.

Hərəkat hələ ki hüquqi baxımdan formalaşmayıb, ancaq onun qərargahı, icraiyyə komitəsi və fərdi üzvlüyə qəbul planlaşdırılır. “Meydan əleyhinə” – “Biz bir yerdə olacağıq ki, rəngli inqilaba, xaosa və anarxiyaya yol verməyək” olacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir