Modern.az

Ədalət Partiyasının sədri prezidentliyə namizəd olacaq

Ədalət Partiyasının sədri prezidentliyə namizəd olacaq

Dünya

16 Yanvar 2015, 16:41


Özbəkistanın “Ədalət” Sosial-Demokrat Partiyasının Mərkəzi Şurasının sədri Nəriman Umarov  prezidentliyə namizəd olmaq niyyətindədir. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Özbəkistanda növbəti prezident seçkiləri martın 29-da keçiriləcək. Dövlət başçısı növbəti 5 il üçün seçiləcək. Ölkə qanunvericiliyinə görə, namizədlərin irəli sürülməsi seçkiyə 65 gün qalmışdan başlayır və bu proses 20 gün davam edir.
“Bu gün partiyanın Mərkəzi Şurasının iclasında növbəti qurultayın çağırılması qərara alınıb və orada Nəriman Umarovun Öz bəkistan prezidentliyinə namizədliyinin irəli sürülməsi müzakirə olunacaq”, - partiya rəsmilərindən biri deyib.
62 yaşlı Umarov milliyətcə özbəkdir. 2009-2013-cü illərdə Təbiəti Mühafizə Dövlət Komitəsinin sədri işləyib. Umarov 2013-cü ilin iyun ayından Ədalət Partiyasına rəhbərlik edir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi