Modern.az

Obama Kemeronla razılığa gəldi: Rusiyaya təzyiq davam edəcək

Obama Kemeronla razılığa gəldi: Rusiyaya təzyiq davam edəcək

16 Yanvar 2015, 22:30


ABŞ prezidenti Barak Obama Böyük Britaniyanın baş naziri Devid Kemeronla Rusiyaya qarşı sanksiyaların qüvvədə qalması üçün razılaşıblar. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, birgə mətbuat konfransının nəticələrindən sonra məlum olub.

“Biz Rusiyaya qarşı sanksiyaların bu ölkə Ukraynaya aqressiyası kəsilməyə qədər vacib olduğunu razılaşdırmışıq”, - Obama deyib.

Görüş zamanı Ukraynadakı münaqişənin, eləcə də bu ölkədə islahatların reallaşması üçün hakimiyyətə dəstək tədbirlərinin müzakirə olunduğu da bildirilir.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi