Modern.az

Müxalifət liderinin tərəfdarları döyüldü

Müxalifət liderinin tərəfdarları döyüldü

Dünya

16 Yanvar 2015, 23:00


Naməlum gənclər müxalifətçi Aleksey Navalnının tərəfdarlarını Moskvanın mərkəzindəki “Bobrı və utki” (“Qunduzlar və ördəklər”) kafesində ketləvi şəkildə döyməyə başlayıb. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, bu haqda vətəndaş fəalı Yelena Berkova məlumat verib. O, deyib ki, Navalnının tərəfdarları, o cümlədən siyasətçinin silahdaşları Denis Bilunov və Leonid Volkov kafeyə bu gün Korrupsiya ilə Mübarizə Fondunda aparılan axtarışı müzakirə etmək üçün yığışıblar. Onun sözlərinə görə, naməlum şəxslər zaldakı kişilərə hücum ediblər, qadınlara isə toxunmayıblar. Yelena Berkova hücum edənlərin “Meydan əleyhinə hərəkat”ın fəalları olduğunu da istisna etməyib.

Polis hadisə yerinə 15-20 dəqiqə sonra gəlib, hazırda insident iştirakçıları sorğu-suala tutulurlar.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır