Modern.az

Türkiyə futbolunda legioner limiti ləğv olunur

Türkiyə futbolunda legioner limiti ləğv olunur

18 Yanvar 2015, 11:56


Türkiyə Futbol Federasiyası 2015/2016-cı il mövsümündən etibarən legioner limitini ləğv edəcək.
Türkiyə KİV-lərinin yaydığı xəbərə görə, növbəti çempionatdan hər bir kolubun iştirakçı ərizəsində 14 yerli və 14 əcnəbi futbolçu yer ala bilər.

Bu halda isə oyun zamanı meydana hətta birdən- birə 11 legoner də çıxa biləcək. Bununla bərabər yerli futbolçular arasından bir nəfər mütləq klub yetirməsi olmalıdır.

Hazırki qaydalara görə, Türkiyə çempionatında eyni zamanda 5 legioner meydana çıxa bilər.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir