Modern.az

Məşhur prokurorun meyiti tapıldı

Məşhur prokurorun meyiti tapıldı

Dünya

19 Yanvar 2015, 14:41



Argentinanın məşhur prokurorlarından olan Alberto Hisman Buones-Ayresdəki mənzilində ölmüş vəziyyətdə aşkarlanıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bazar ertəsi günü Konqresdə ehtimal olunan sui-qəsd cəhdi ilə bağlı məruzə etməli idi. Nisman Argentina tarixində ən böyük terror aktı – 1994-cü ildə Buones-Ayresin mərkəzindəki yəhudi mədəniyyət mərkəzinin partladılmasının araşdırılmasına rəhbərlik edib. O zaman 85 nəfər həlak olub. Ötən həftə prezident Kristina Fernandesi və daha bir neçə nəfəri İran vətəndaşına hücumun gizlədilməsinə cəhddə günahlandırıb. Prokurorun versiyasına görə, bu, Tehranla ticarəti inkişaf etdirmək üçün edilib. Argentina hakimiyyəti bu ittihamı qəti şəkildə təkzib edir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır