Modern.az

Deputat Azərbaycanı xaricdə təmsil edəcək

Deputat Azərbaycanı xaricdə təmsil edəcək

27 Avqust 2010, 17:53

Milli Məclisin deputatı, İqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov Modern.az saytına məlumatında yaxın vaxtlarda xaricə səfər edəcəyini bildirib. N.Məmmədov deyib ki, səfəri Avropa Birliyi və Britaniyanın Xarici İşlər Nazirliyi  dəstəkləyir.
“Bu iqtisadi forumdu, Polşanın  Krınıtsa şəhərində keçiriləcək. 1991-ci ildən bu forumlar keçirilir və mahiyyəti etibarı ilə dunyada Davos forumundan sonra ikinci sayılır. Mənim iştrak edəcəyim forumda 60-dan yuxarı ölkədən hökümət və dövlət rəhbərləri, aparıcı dünya ekspertləri iştrak edəcəklər. Orada təqribən 120 diskussiya qrupunda 10 mövzü üzrə məruzələr olacaq və onların ətrafında fikir mübadiləsi aparılacaq. Nümayəndələr Avropa Birliyinə daxil olan ölkələr, onun qonşuları və partnyorlarını təmsil edəcəklər. Azərbaycan da Avropa Birliyinin partnyorudu və tərəfdaşlıq haqqında müqaviləsi var. Bizim üçün də maraqlıdı bu tədbirə dəvət olunmaq. Əvəllər Azərbaycandan bu tədbirdə baş nazirin müavini Yaqub Eyyubov, Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov, sənaye və energetika naziri Natiq Əliyev iştirak edib. Builki formatda Azərbaycandan deputat olaraq məni, neft sahəsində araşdırma ilə məşğul olan QHT rəhbəri İlham Şabanı və bir media nümayəndəsini dəvət ediblər”.

N.Məmmədovun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinə rəhbər qismində o başçılıq edəcək: “İstisna etmirəm ki, orada Ermənistan tərəfinin də iştrakının şahidi olacağıq”.

N.Məmmədovun sözlərinə görə, tədbir çərçivəsində Mərkəzi və Şərqi Avropanın iqtisadiyyatına dair 60 ölkədən nümayəndə heyətlərinin çox böyük əhəmiyyətli fikir mübadiləsi aparılacaq. Avropa iqtisadiyyatı, iqtisadi siyasət, energetika, geosiyasət, beynəlxalq təhlükəsizlik və digər məsələlər müzakirə olunacaq.
N.Məmmədov onu da bildirib ki, səfər sentyabrın 6-dan başlayıb 12-dək davam edəcək.
Deputatın sözlərinə görə, o, İstanbuldakı maliyyə sammitində məruzə ilə çıxış edəcək. “Tükiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirak edəcəyi tədbir sentyabrn 28-30-də İstanbulda keçiriləcək. Bu tədbirdə mən Azərbaycanda əldə olunan nailiyyətlərdən və Azərbaycanın investisiya baxımından əhəmiyyətli ölkə olmasından, Türk cümhüriyyətləri arasında bir körpu rolunu oynamasındanndan danışacam”.

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir