Modern.az

Əhmədinejadın müavininə hökm oxundu

Əhmədinejadın müavininə hökm oxundu

22 Yanvar 2015, 11:06



İranda keçmiş prezident Mahmud Əhmədinejadın müavini, sabiq vitse-prezident Məhəmməd Riza Rahimi vəzifədən sui-istifadə cinayətinə görə 5 il 91 gün həbsə məhkum edilib. Modern.az bildirir ki, İranın rəsmi agentliyi İRNA-nın xəbərinə görə, Tehran Cəza Məhkəməsi daha əvvəl Rahiminin 15 il həbsinə və 2 milyard 850 milyon İran tüməni (təxminən 826 min dollar) geri ödəməsinə hökm etmiş, ayrıca 1 milyard İran tüməni (təxminən 290 min dollar) pul cəzası barədə qərar çıxarmışdı.

Rahiminin qərara etirazından sonra yenidən aparılan istintaq araşdırmalar nəticəsində əvvəlki ödəmə qərarı dəyişdirilmədən, Rahimi haqqındakı həbs cəzasını 15 ildən 5 il 91 günə endirərək, qərarı təsdiqlədi. Bu qərarla Rahiminin cəzası dəqiqləşmiş oldu.  

Keçmiş prezident Əhmədinejad dövründə birinci vitse-prezident olmuş Rahimi vəzifədə olduğu dövrdə bir sığorta şirkəti vasitəsilə sui-istifadədə günahlandırılırdı.  

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir