Modern.az

Köçəryan: “Ermənistan məmurları öz bəyanatları ilə xalqı alçaldıb”

Köçəryan: “Ermənistan məmurları öz bəyanatları ilə xalqı alçaldıb”

23 Yanvar 2015, 13:41



Ermənistanın ikinci prezidenti Robert Köçəryan Gümrü şəhərində 7 nəfərin ölümü ilə nəticələnən cinayətə münasibət bildirib. Modern.az Ermənistan mətbuatına isitnadən xəbər verir ki, sabiq prezident hadisədən sonra rəsmi dövlət nümayəndlərinin hərəkətlərini sərt tənqid edib.

“Aydındır ki, insanların qəzəbi nəticələri öncədən bəlli olmayacaq kütləvi iğtişaşlara səbəb ola bilərdi. Bunun qarşısını almaq üçün hakimiyyət dərhal reaksiya verməli idi. İlk növbədə cinayət işinin erməni hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağı və cinayətkarın Ermənistan məhkəməsi qarşısına çıxarılacağı deyilməli idi. Çünki 1999-cu ildə bizdə belə presedent olmuşdu.

Əminəm ki, bu həm Ermənistan, həm də Rusiya tərəfi üçün önəmli idi. Belə ki, bununla ölkələr arasındakı münasibətlərə faciə kontekstində baxılmayacaqdı. Bizim məmurlar isə öz çaşqın, ziddiyyətli və qarışıq bəyanatları ilə vəziyyəti daha da gərginləşdirdilər və situasiyaya milli aşağılanma çaları qatdılar. Nəticədə insanlar öz qəzəblərini erməni polisinin üstünə tökdülər”.

Yanvarın 12-də Gümrü şəhərində Avetoisyanlar ailəsinin 6 üzvü 102-ci hərbi bazanın əsgəri Valeri Permyakov tərəfindən öldürülüb. Ağır yaralanan 6 aylıq körpə Seryoja Avetsiyan isə yanvarın 19-da dünyasını dəyişib.

Permyakov hadisə törətdikdən sonra Ermənistan-Türkiyə sərhədində saxlanılıb. Onun barəsində Rusiya və Ermənistan prokurorluqları cinayət işi açıblar.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir