Modern.az

Kral dəfn olundu - VİDEO

Kral dəfn olundu - VİDEO

23 Yanvar 2015, 20:50


Ər-Riyadda Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbduləziz Al Səudun dəfn mərasimi keçirilib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, vida mərasimi Ər-Riyadın əsas məscidində olub. Mərhumun meyiti qızılı örtüyə bükülüb. Məsciddəki mərasimdən sonra kral Əl-Aud qəbiristanlığında dəfn olunub.

Səudiyyə Ərəbistanı kralı Abdullah vəhhabi qaydaları ilə dəfn olunub. Belə ki, kral şahzadələrin kürəyində tabutsuz daşınıb və adsız bir məzara basdırılıb.

Dəfndə Azərbaycanın Milli Məclisinin sədri Oqtay Əsədov, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə ilə yanaşi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın baş naziri Dmitri Medvedev, Pakistanın baş naziri Nəvaz Şərif, Britaniya şahzadəsi Çarlz, Malayziyanın baş naziri Datuk Seri Nəcib Razak da iştirak edib.

Bundan başqa, Ər-Riyada Küveyt əmiri Sabah əl-Əhməd əl-Caber əs-Sabah, Qətər əmiri Hamid bin Həlifə Əl Tani, Omanın baş nazirinin müavini Fəhd bin Mahmud əl-Səid, İordaniya kralı II Abdulla və digər Yaxın Şərq ölkələrin yüksək vəzifəli məmurları da gəliblər.

Cəudiyyə Ərəbistanının 6-cı kralı yanvarın 23-də 91 yaşında vəfat edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir