Modern.az

Alman yazıçı Nobel mükafatı aldı

Alman yazıçı Nobel mükafatı aldı

8 Oktyabr 2009, 16:46

2009-cu ilin ədəbiyyat üzrə Nobel mükafatı alman yazıçı Herta Müllerə verilib. İsveç Kral Akademiyasının məlumatına görə, H.Müller bu mükafata əsərlərində yoxsulluğun panoramasını təsvir etdiyinə görə layiq görülüb.
Müller 1953-cü ildə Rumıniyada alman ailəsində anadan olub. Timişior Universitetini bitirib, Rumıniya və alman ədəbiyyatı üzrə mütəxəssisdir. 1976-cı ildə zavodda tərcüməçi işləməyə başlayıb, amma gizli polislə əməkdaşlıqdan imtina etdiyi üçün iş yerini itirib. Uşaq bağçasında işləyib, fərdi şəkildə alman dili dərsi deyib.
1987-ci ildə əriylə birgə Qərbi Almaniyaya köçüb. Universitetdə mühazirələr oxuyub. Berlində yaşayır. O, 18 roman və povestin müəllifidir. 20-dən çox nüfuzlu mükafatın sahibidir. Onun kitabları dünyanın 20-dən çox dilinə, o cümlədən çin, türk və ispan dillərinə tərcümə olunub.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir