Modern.az

Geologiya Institutu gənc alimləri mükafatlandıracaq

Geologiya Institutu gənc alimləri mükafatlandıracaq

Ölkə

8 Oktyabr 2009, 17:03

Milli Elmlər Akademiyası (AMEA) Geologiya Institutun Gənc Alimlr Şurası “Elmin inkişafı və yeni nailiyyətlər” mövzusu üzrə gənclərin intellektual müsabiqəsi ilə əlaqədar təşəbbüs irəli sürüb. Modern.az xəbər verir ki, ümumakademiya miqyasında keçiriləcək bu müsabiqədə əsas məqsəd gənclərin elmə olan marağını daha da artırmaq, onların gələcək elmi fəaliyyətində uğurlu nailiyyətlər qazanmalarına yaxından kömək etməkdir. Müsabiqədə akademiyanın institut və təşkilatlarının 18-35 yaş arası əməkdaşları iştirak edə bilərlər. İştirakçılar yeni elmi fikirlər, elmi nailiyyətlər, elmin müasir problemləri, habelə laboratoriyalarda aparılan uğurlu işlər barədə çıxışlarını hazırlaya bilərlər. Ərizələr 15 oktyabrdan 15 noyabr tarixinə kimi qəbul olunacaq. AMEA bölmələrində çalışan mütəxəssislər tərəfindən final mərhələsinə 30 nəfər seçiləcək. Final mərhələsi 24-25 noyabr tarixində keçiriləcək və finaldan keçmiş iştirakçıların çıxışlarına 5 dəqiqə vaxt ayrılacaq. Çıxışlar bitdikdən sonra münsiflər heyəti tərəfindən qaliblər müəyyən olunacaq, bütün iştirakçılar sertifikat və hədiyyələrlə, qaliblər isə daha qiymətli hədiyyələr və diplomla təltif ediləcəklər 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı