Modern.az

“Namizədlərimizi açıqlayacağıq...”

“Namizədlərimizi açıqlayacağıq...”

2 Sentyabr 2010, 14:40

Amma seçki qanunvericiliyinin tələblərinə uyğun zamanda
 
“YAP seçkiyə tam hazırdır, partiyamız seçkidə qələbə çalmaq əzmindədir və qələbə əldə edəcəyimizə də şübhəmiz yoxdur. Keçirdiyimiz bütün rəy sorğuları belə deməyə əsas verir. Eyni zamanda, prezidentimiz və partiyamızın sədri İlham Əliyevin həyata keçirdiyi siyasətin əhali tərəfindən müdafiə olunması, bizim irəli sürəcəyimiz namizədlərin də dəstəklənəcəyinə işarədir”.

Bu fikirləri Modern.az-a hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı dedib.

Onun sözlərinə görə, hakim partiya növbəti seçkilərdə iştirak edəcək namizədlərini müəyyənləşdirərkən həmin namizədlərin partiyadakı əsas fəaliyyəti və seçicilər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi məsələlərinə daha çox diqqət yetirir. Deputat qeyd edib ki, eyni zamanda, həmin şəxslərin – onlar YAP-ın parlamentdəki təmsilçiləri, Milli Məclisin üzvləri, yaxud da yenidən namizəd olacaq şəxslər ola bilər – o bölgədə, o əhatədə olan nüfuzu və əhali içərisində onlara veriləcək dəstək məsələləri də diqqət mərkəzindədir:

“Biz sonuncu dəfə bələdiyyə seçkilərini keçirərkən xeyli məsələləri müzakirə etdik,  seçkidə tətbiq olunan yenilikləri bu dəfə daha geniş şəkildə tətbiq etmək niyyətindəyik. Mən, eyni zamanda, YAP-ın namizədlər siyahısının açıqlanmasına dair mətbuatda gedən ajiotajı, doğrusu, bir az başa düşmürəm. Hər bir partiyanın seçki siyasəti, taktikası, strategiyası var və hər bir partiya seçkiyə gedəcək namizədlərini yəqin ki, zamanında müəyyəşlədirir, vaxtı gələndə onu açıqlayır. Bu gün qanun bizə hansısa bir formada namizədlərimizin hansı dairədən gedəcəyini açıqlamağa məcbur etmir. Biz namizədlərimizi seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq zamanında açıqlayacağıq. YAP-ın siyahı problemi və bununla əlaqədar olaraq da hər hansı bir bağlı, qapalı söhbət yoxdur. Partiyanın namizədləri zamanında müəyyən olunaraq müvafiq dairələrdən irəli sürüləcək. Bir sözlə, partiyamız bu yöndə işləri xeyli vaxtdır aparır və bu barədə də partiyanın müvafiq strukturlarında işlər gedir”.

Hazırda YAP-ın parlamentdə 64 təmsilçisi var. Görəsən, həmin 64 millət vəkili və parlamentdə YAP-ın, iqtidarın siyasətini dəstəkləyən digər şəxslər, bitərəflər, partiyalı insanlar YAP-ın növbəti namizədlər siyahısına salınacaqlarmı?

M.Qurbanlının sözlərinə görə, bugünlərdə YAP sədrinin müavini və partiyanın icra katibi, millət vəkili Əli Əhmədov da bildirib ki, indi də o demək istəyir ki, YAP öz namizədlərini irəli sürəcək: “Eyni zamanda ola bilsin ki, bəzi dairələrdə hakim partiya tanınmış, xalq tərəfindən böyük dəstəyə malik olan birətəf insanları, o cümlədən Azərbaycanın elm, mədəniyyət və digər sahələrində böyuk uğurlar qazanmış şəxslərin namizəd olduğu dairələrdə onları dəstəkləsin. Yəni, bu, əvvəllər də olub, bu dəfə də istisna deyil”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir