Modern.az

Dillər Universtitetində iki yeni ixtisas açılıb

Dillər Universtitetində iki yeni ixtisas açılıb

2 Sentyabr 2010, 15:51

Azərbaycan Dillər Universtitetinin (ADU) İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın verdiyi məlumata görə, 2010-2011-ci tədris ilində ADU-nun Avropaşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində iki yeni - Qafqazşünaslıq və Hindistanşünaslıq ixtisasları açılıb.

Artıq yeni tədris ilindən həmin ixtisasların tədrsinə başlanacaq. Z.Kazımovanın sözlərinə görə,  10 nəfər tələbə Qafqazşünslıq, 10 nəfər tələbə isə Hindistanşünaslıq ixtisası üzrə Dillər Universitetində təhsil alacaqlar. Tələbələr təhsillərini Bolonya prosesinin tələblərinə uyğun olaraq kredit sistemi üzrə alacaq  və öz sahələri üzrə peşəkarlaşacaqlar. Tələbələrin gələcəkdə ölkə daxilində və xaricdə ixtisas artırma kursları və mübadilə proqramlarında iştirakı da nəzərdə tutulur.

Hindistanşünaslıq ixtisası ilk dəfə olaraq ADU-da bir ixtisas kimi açılıb. Bu  başlıca olaraq universitetin beynəlxalq əlaqələr istiqamətində apardığı uğurlu fəaliyyətin göstəricisidir.

Xatırladaq  ki, ADU 2005 – 2006-cı tədris ilindən Bolonya prosesinə qoşulub və bu ilk dəfə Avropaşünaslıq və Beynəlxalq münasibətlər fakultəsində tətbiq olunub. 2009-2010-cu tədris ilində Avropaşünaslıq və Beynəlxalq münasibətlər fakultəsi kredit sistemi ilə təhsil alan ilk məzunlarını yola salıb.

Bu il Dillər Universitetinə 1000-dən çox tələbə birinci kursa qəbul olunub.  

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu