Modern.az

Deputatlığa namizəd yaralanıb

Deputatlığa namizəd yaralanıb

Dünya

2 Sentyabr 2010, 18:15

Əfqanıstanın şimalında NATO- koalisiya qüvvələrinin aviazərbələri nəticəsində parlament seçkilərinddə namizəd və onun 10-a yaxın tərəfdarı öldürülüb. Bu barədə Rustak əyalətinin başçısının mətbuat xidmətinin rəhbəri Faiz Məhəmməd bildirib. Modern.az  Frans-Press agentliyinə istinadən bildirir ki, seçkiqabağı təbliğat məqsədi ilə əhali ilə görüşə çıxan  namizədin maşın karvanına endirilən zərbə nəticəsində parlament seçkilərində namizəd olan Əbdül Vahid Kurasani yaralanıb,10-yaxın tərəfdarı isə həlak olub. Koalisiya qüvvələrinin rəhbərliyi bilir ki, hadisədən xəbərləri var, lakin təfərüüatları barədə danışmaqdan imtina ediblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir