Modern.az

Bələdiyyə rəhbəri və onun 27 işçisi həbs edilib

Bələdiyyə rəhbəri və onun 27 işçisi həbs edilib

2 Sentyabr 2010, 18:48

Braziliyanın Doradus şəhərinin meri və şəhər bələdiyyəsinin bütün işçiləri dələduzluq və rüşvətalma ittihamı ilə həbs edilib. Modern.az BBC-yə istinadla xəbər verir ki, şəhər hakimiyyətinin 27 nümayəndəsi bu ağır ittihamla barmaqlıq arxasına göndərilib.

İstintaqın versiyasına görə, Doradus şəhərinin meri Ari Artuzi nəhəng korrupsiya şəbəkəsiunə rəhbərlik edib. Belə ki, şəhər hakimiyyəti  özəl müəssələrlə bağladığı bütün müqavilələrdən 10 faiz “şapka” götürürmüş. 
Bu böyük pulların bir qismi məmurların cibinə gedir, bir hissəsi seçki kampaniyasının aparılmasına xərclənir, digər pay isə yerli məmurların ələ alınmasına sərf edilib.     

Həbsləri Braziliyanın federal polisi aparıb. Əməliyyatda 200 nəfər polis cəlb edilib. Polis idarəsinin yaydığı məlumatda bildirilir ki, həbs edilmiş merin evindən 100 min braziliya realı ( 57 min dollar) pul tapılıb.

200 minlik bu şəhərin idarə edən bütün məmurlar həbs edildiyindən burada idarəetmə şəhər məhkəmə hakimlərindən birinə tapşırılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?