Modern.az

Sabir Rüstəmxanlı ilə Asim Mollazadə birləşir

Sabir Rüstəmxanlı ilə Asim Mollazadə birləşir

3 Sentyabr 2010, 16:35

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı ilə Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə arasında görüş olub. Vətəndaş Həmrəyliyi Partiyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə 7 noyabrda keçiriləcək parlament seçkilərilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub. Tərəflər birlikdə «Demokratiya» adlı seçki bloku yaratmaq barədə razılıq əldə ediblər. Blokla bağlı sazişin mətni və digər sənədlərin hazırlanması ilə əlaqədar işçi qrupunun yaradılması qərara alınıb. Yaxın günlərdə partiyalararası saziş imzalanacaq və blok ictimaiyyətə təqdim olunacaq. 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər