Modern.az

Deputat: “Medvedevin səfərindən çox şey gözləmirəm”

Deputat: “Medvedevin səfərindən çox şey gözləmirəm”

Ölkə

3 Sentyabr 2010, 18:32

Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana rəsmi səfəri müxtəlif aspektlərdən analiz olunur.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a Medvedevin bu səfərinin iqtisadi tərəfindən danışır: “Rusiya bizim qonşu dövlətdir. Onunla münasibətlərin normal halda olması üçün bizdə dövlət səviyyəsində çalışılır.

Dağlıq Qarabağ məsələsində Rusiya mühüm rol oynayan dövlətlərdən biridir. Ona görə də hesab edirəm ki, bu dövlətlə münasibətlərin yaxşı olmasına çalışmaq lazımdır. Bizim Rusiyada şoxlu soydaşlarımız yaşayır.

Medvedevin Azərbaycana növbəti səfərində çox böyük şeylər gözləmək məncə sadəlövhlük olardı. Ancaq dövlət başçısıdı. Müəyyən sənədlərə imza atılacaq. Müəyyyən məqamlar müzakirə olunacaq”.

 

Deputat bildirib ki, ekspertlər müəyyən fikirlər irəli sürürlər: “Şəxsən mən elə bir ciddi dəyişiklik gözləmirəm. Elə bir strateji sənədin imzalanmasını da gözləmirəm. Başqa məsələ ki, Rusiya prezidentinin Azərbaycana gəlişi özü müsbət hadisədir. Bilirsiniz, Rusiya ilə iqtisadi əlaqələrimiz yüksək səviyyədədir. Hazırda iqtisadi əlaqələrimiz 2 milyard dollara yaxındır. Ona görə də Azərbaycan həmişə çalışıb ki, Rusiya ilə əlaqələr yüksək səviyyədə olsun”.

 

Rusiyanın Azərbaycan qazına göz dikmısinə gəlincə, millət vəkili Rusiyanın dəfələrlə Azərbaycanda istehsal olunan bütün qazı almağa hazır olması barədə bəyanatını xatırladıb: “Keçən il Azərbaycan Rusiyaya 500 min kub metr qaz satmaq barədə sənəd imzaladı. Ola bilər ki, indi bu rəqəm 1 milyona qaldırılsın. Bu gün həm Rusiya, həm Türkiyə, həm də Avropa dövlətləri Azərbaycan qazını almaqda irəli düşmək istəyirlər.

 

 

Azərbaycanın dövlət başçısı dəfələrlə bildirib ki, bazar iqtisadiyyatı şəraitidir, hansı dövlət Azərbaycan qazını baha qiymətə alacaqsa, ona üstünlük veriləcək.  Hesab edirəm ki, indiki iqtisadi böhran dövründə Azərbaycan bu məsəsləyə xüsusi diqqət verməlidir.

Ümumilikdə, böyük dəyişiklik olacağını gözləmirəm. Medvedev bundan öncə Ermənistana səfər edib, bir sıra mühüm sənədlərə imza atdı. Əslində 25 illik hərbi müqaviləni 39 il etdilər və burada elə də böyük nəsə yox idi. Qabaqda 25 il var idi.

Rusiya hərbi sahədə əməkdaşlığı Azərbaycanla da edir. Bu güm bizdə belə fikir var ki, Azərbaycan öz torpaqlarını hərb yolu ilə həll etmək istəsə, Rusiyanın mövqeyi necə olacaq?

Rusiya dünyanın 3 nəhəng dövlətindən biridir. Azərbaycan torpaqlarını işğaldan azad etmək  istəsə, Rusiya müdaxilə etməyə də bilər. Ermənistan faktiki olaraq Rusiyanın əlindədir, onun quberniyasına çevrilir. Azərbaycan isə müstəqil siyasət aparır.

Bunu aparmaq çox çətindir. Amma Gürcüstanın vəziyyətinə düşməmək üçün indiki siyasət tamamilə düzgündür”.

 

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar