Modern.az

Cəbhədə yenə atışma: ordumuz yenə şəhid verib

Cəbhədə yenə atışma: ordumuz yenə şəhid verib

4 Sentyabr 2010, 16:06

Ermənilər cəbhənin Tərtər istiqamətində Azərbaycan Ordusunun mövqelərinə növbəti dəfə hücum edib. Baş verən şiddətli atışmada Milli Ordumuz itki verib.

Azərbaycanın Müdafiə Nazirliyi cəbhədəki atışma barədə rəsmi məlumat yayıb. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, düşmən avqustun 31-də verdiyi itkilərin əvəzini çıxmaq üçün sentyabrın 4-nə keçən gecə cəbhənin Tərtər rayonu Çiləbürt kəndi yaxınlığında Azərbaycan Silahlı Qüvvələrinin mövqeyinə doğru qəfil hücuma keçiblər. Atışma zamanı bir hərbçimiz ermənilərə yaxın təmas xəttində şəhid olub. Onun meyitinin düşmənin əlinə keçdiyi ehtimal olunur. Daha bir döyüşçümüz isə yaralanıb. 
Amma atışma zamanı ağır yaralanan döyüşçümüz də bu gün dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şəhid olan hərbçilərimiz bunlardır:
Abdullayev Əhməd Hüseynağa oğlu (1976-cı il təvəllüdlü, Cəlilabad RHK) və Əhmədov Fərid Gülağa oğlu (1986-cı il təvəllüdlü, Xətai RHK).

Xatırladaq ki, avqustun 31-də cəbhənin Tərtər istiqamətində hücuma keçən ermənilər 3 hərbçisini itirmişdi, Azərbaycan tərəfinin isə iki əsgəri şəhid olmuşdu.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü