Modern.az

Moldovada referendum keçirilir

Moldovada referendum keçirilir

5 Sentyabr 2010, 18:38

Sentyanrın 5-də Moldovada ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı referendum keçirilir. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moldova dövlət başçısının seçilməsi ilə bağlı maddəyə dəyişiklik etməklə Moldovada siyasi böhrana son qoymaq niyyətindədir.

Səsvermənin nəticələri Moldova Konstitusiya Məhkəməsi tərəfindən tanındıqdan sonra parlament buraxılacaq və növbədənkənar parlament seçkiləri keçiriləcək. Əgər xalq dəyişikliyi dəstəkləsə, parlament və prezident seçkiləri eyni gündə keçiriləcək və prezident də ümumxalq səsverməsi ilə seçiləcək.

Elə bu gün seçki prosesində ciddi problem yaranıb. Səsvermənin gedişinə nəzarət edən “Seçkilər” informasiya sistemi hakerlərin hücumuna məruz qalıb. MSK sədri Yevgeniya Ştirbu qeyd edib ki, müvafiq qurumlar hücumun hansı mənbədən təşkil olunduğunu araşdırır. Onun sözlərinə görə, hücum nəticəsində sitstemə daxil olmuş bütün səslər iki dəfə artıb. MSK sədri referendumun rəsmi nəticələrinin bu səbəbdən  gec açıqlanacağını deyib.

Qeyd  edək ki, səsvermənin gedişini beynəlxalq müşahidəçi qismində Milli Məclisin deputatları Nizami İsgəndərov və Rüfət Quliyev də izləyirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir