Modern.az

AMİP daxilində seçkilərdə iştirakla bağlı iki mövqe yaranıb

AMİP daxilində seçkilərdə iştirakla bağlı iki mövqe yaranıb

Ölkə

6 Sentyabr 2010, 12:28

AMİP daxilində  parlament seçkilərində iştirakıla bağlı müxtəlif mövqelər yaranıb. Bu barədə Modern.az-a pariya sədrinin seçki məsələləi üzrə  müavini Rəşad Bayramov bildirib. Onun sözlərinə görə, partiya rəhbərliyinin bir hissəsi seçkilərə blok şəklində getməyə, digər hissəsi isə təkbaşına iştirak etməsini dəstəkləyir. “Sentyabrın 11-də Mərkəzi Şuranın iclasında seçkilərdə iştirakla bağlı AMİP-in yekun qərarı olacaq və pariyanın namizədləri elan ediləcək”-deyə R. Bayramov bildirib.

AMİP liderinin seçkilərdə iştirak məsələsinə gəlincə, R.Bayramov bildirib ki, Etibar Məmmədov hələlik bu barədə qərarını açıqlamayıb. 

AMİP-dən bildiriblər ki Etibar Məmmədov xarici ölkəyə səfərini başa vurub və hazırda Bakıdadır. Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı