Modern.az

Deputatlığa namizədlərin qeydiyyatı oktyabrın 18-də başa çatacaq

Deputatlığa namizədlərin qeydiyyatı oktyabrın 18-də başa çatacaq

6 Sentyabr 2010, 18:52
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurum üzvləri  “Dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nı təsdiq edib. Bu barədə Modern.az-a MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib.

Təqvim planı 61 bənddən ibarətdir. Plana görə,

deputatlığa namizədlərin qeydiyyatı oktyabrın 18-də başa çatacaq. 

Namizədlərin təşviqatı oktyabrın 15-dən başlayaraq noyabrın 6-sı saat 8.00-a qədər davam edəcək.

İclasda həmçinin vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupu yaradılıb. 9 nəfərdən ibarət ekspert qrupuna

Mərkəzi Seçki Komissiyasının üzvləri Ramiz İbrahimov, Qabil Orucov, Validə Kazımova, Tofiq Həsənov, Nizami Nadirov, MSK-nın Hüquq şöbəsinin müdiri İradə Hacıyeva, baş məsləhətçi Rafiq Abbasov, Hüquq şöbəsinin böyük məsləhətçisi Emin Quliyev  və məsləhətçi Bəhlul Yaqubov  daxil edilib.

MSK katibi Natiq Məmmədov çıxışında qeyd edib ki, ekzit-poll keçirmək istəyən qurumlar oktyabrın 18-dək MSK-ya müraciət etməlidirlər.

Azərbaycan prezidenti İlham Əliyevin dördüncü çağırış Azərbaycan Milli Məclisinə seçkilərin bu ilin noyabrın 7-də keçirilməsinə dair sərəncam imzalayıb. Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?