Modern.az

Nazirlik vahid məktəbli geyimi ilə bağlı monitorinq aparır

Nazirlik vahid məktəbli geyimi ilə bağlı monitorinq aparır

7 Sentyabr 2010, 11:52


Yeni dərs ilinin başlanması ilə əlaqədar uşaq geyimləri və məktəbli ləvazimatlarının süni qiymət artımlarının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakıda və regionlarda bu malların satışını həyata keçirən obyektlərdə monitorinqlərə başlayıb.

Modern.az İqtisadi İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, monitorinqlər zamanı süni qiymət artımına yol verdiyi aşkar edilən təsərrüfat subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək.

İstehlakçılardan uşaq geyimləri və məktəbli ləvazimatlarının qiymətlərində müşahidə etdikləri qiymət artımları barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (telefon: 498-15-01, 498-15-04) məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi vahid məktəbli geyimlərinin bir dəstinin qiymətinin 40 manat olduğunu bəyan edib. Amma məlumatlara görə, bəzi məktəblərdə onu valideynlərə 50 manata satırlar.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir