Mərkəzi Seçki Komissiyası parlament seçkilərində səs vermək üçün tələb olunan sənədlərin siyahısını açıqlayıb. Modern.az-a MSK-nın mətbuat xidmətindən verilən məlumata görə, parlament seçkilərində məntəqələrdə səs vermək üçün aşağıdakı sənədlər tələb olunur:
Azərbaycan Respublikasının vətəndaşları özləri ilə şəxsiyyəti təsdiq edən vəsiqə, Azərbaycan Respulikası vətəndaşının müvəqqəti şəxsiyyət vəsiqəsini götürməlidirlər;Qaçqın və məcburi köçkünlər isə əgər vətəndaşların şəxsiyyət vəsiqəsi yoxdursa, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən müəyyənləşdirilmiş formal vəsiqə almalıdır;
Həqiqi və ya müddətli hərbi xidmətdə olanlar zabitin şəxsi vəsiqəsi və hərbi bileti təqdim etməlidir;
Barələrində həbs növündə qəti imkan tədbiri seçilərək istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslər üçünsə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən verilmiş təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənəd olmalıdır; Azadlıqdan məhrumetmə yerlərində və xüsusi müəssisələrdə cəza çəkən məhkumlar üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən verilmiş məhkumun şəxsiyyətini təsdiq edən sənəd təqdim etməldidr; Azərbaycan Respublikasının ərazisində azı 5 il daimi yaşayan vətəndaşlığı olmayan şəxslər vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsini təqdim etməlidir. MSK xəbərdarlıq edir ki, seçki prosesində yuxarıda göstərilən sənədlərdən başqa, digər sənədlərdən istifadə olunması yolverilməzdir Modern.az