Modern.az

Lənkəranda dindarlarla polis arasında qarşıdurma olub

Lənkəranda dindarlarla polis arasında qarşıdurma olub

Ölkə

8 Sentyabr 2010, 11:40

Sentyabrın 7-də Lənkəranda yerli Cümə məscidinin bir qrup dindarları ilə polis arasında qarşıdurma olub.  Bir qrup dindar əvvəlcə polis şöbəsinin qarşısında, sonradan isə dəmiryolu vağzalının qarşısına yığılaraq sentyabrın 2-də beş sutka həbs cəzası almış Qismət İsayevin niyə azad edilməməsinin səbəbinin açıqlanmasını istəyiblər.

Lənkəran Polis şöbəsindən Modern.az-a bildirilib ki, şəhərin “Qalayçılar” məhəlləsində yerləşən Cümə məscidinin axundu Ramin Fətulayevə xəsarət yetirdiyinə görə, İsayev barəsində Cinayət Məcəlləsinin 221.2.2 maddəsi ilə cinayət işi açılıb. Bu Polis şöbəsinin qarşısına toplaşmış adamların narazılığı ilə müşayət olunub və nəticədə polislə qarşıdurma baş verib.  Nəticədə aksiya iştirakçılarından 15 nəfər saxlanılıb.  Polis şöbəsindən Modern.az-a bildiriblər ki, həbs olunanların bir neçə nəfəri cərimə edilib, digərləri isə məhkəmə qarşısına çıxarılacaq.

Qeyd edək ki, sentyabrın 2-də Cümə məscidinin axundu Ramin Fətullayevlə Qismət İsayev arasında dava-dalaş olub. Nətisədə döyülən axund polisə şikayət edib. 

 

  

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı